Berti Foqts

Berti Foqts
alm. Hans-Hubert Vogts
Berti Foqts Azərbaycan millisinin baş məşqçisi kimi mətbuat konfransında
Berti Foqts Azərbaycan millisinin baş məşqçisi kimi mətbuat konfransında
Ümumi məlumatlar
Tam adı Hans-Hubert Vogts
Ləqəbi Teryer, Mak-Berti[1]
Doğum tarixi 30 dekabr 1946(1946-12-30)[2][3][…] (77 yaş)
Doğum yeri
Vətəndaşlığı
Boyu 168 sm
Çəkisi 67 kq
Mövqeyi müdafiəçi
Klub haqqında məlumat
Klub İşsiz
Karyerası
Gənclik karyerası
1965–1979 Almaniya Büttgen
Klub karyerası[* 1]
1965—1979 Almaniya Borussiya Münhenqladbax 419 (32)
Milli yığma[* 2]
1967—1978 Almaniya Qərbi Almaniya 96 (1)
Məşqçisi olduğu klublar
1979—1990 Almaniya Qərbi Almaniya (21 yaşlılar)
1986—1990 Almaniya Qərbi Almaniya (köməkçi məşqçi)
1990—1998 Almaniya Almaniya
2000—2001 Almaniya Bayer 04 Leverkusen
2001—2002 Küveyt Küveyt
2002—2004 Şotlandiya Şotlandiya
2007—2008 Nigeriya Nigeriya
2008—2014 Azərbaycan Azərbaycan
Təltif və medalları
Dünya çempionatları
Bürünc Meksika 1970
Qızıl AFR 1974
Avropa çempionatları
Qızıl Belçika 1972
Gümüş Yuqoslaviya 1976

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Berti Foqts (alm. Berti Vogts‎; 30 dekabr 1946[2][3][…], Büttgen[d], Şimali Reyn-Vestfaliya) — almaniyalı futbol mütəxəssisi. O, 1965–1979-cu illərdə "Borussiya Münhenqladbax" klubunun heyətində çıxış edib. 1967-ci ildən Almaniya milli futbol komandasına çağırılıb. 1978-ci ilə kimi millidə çıxış edib. 96 oyunda meydana çıxıb, 1 qol vurub. Millinin heyətində 1974-cü il Dünya Kubokunu1972-ci il Avropa Kubokunu qazanıb. Həmçinin 1970-ci il dünya çempionatının bürünc, 1976-cı il Avropa çempionatının isə gümüş medalını qazanıb. 1979-cu ildə futbolçu karyerasını başa vurub və məşqçilik karyerasına başlayıb. 1979–1990-cı illərdə Qərbi Almaniyanın gənclər millisinin baş məşqçisi olub, 1986–1990-cı illərdə Qərbi Almaniyanın əsas komandasına köməkçi məşqçi funksiyasını yerinə yetirib. 1990-cı ildə Almaniya milli komandasına baş məşqçi təyin olunub. 1996-cı ildə onun başçılığı altında komandası UEFA Avropa Kubokunu qazanıb. 1998-ci ildə millidən ayrılıb. 2000–2001-ci illərdə "Bayer 04 Leverkusen"in, 2001–2002-ci ildə Küveyt millisinin, 2002–2004-cü illərdə Şotlandiya millisinin, 2007–2008-ci illərdə Nigeriya millisinin baş məşqçisi olub. Berti Foqtsun bu komandalardakı fəaliyyəti uğursuz olub. 2008-ci ildə Azərbaycan millisinə baş məşqçi təyin edilib. 2014-cü ildə o, eyni zamanda FİFA Dünya Kubokunda iştirak edən ABŞ milli komandasının baş məşqçisi Yurgen Klissmanın məsləhətçisi vəzifəsinə təyin olunub və yarış başa çatandan sonra millidən uzaqlaşıb. 2014-cü ilin sonunda ardıcıl uğursuz nəticələrdən sonra Foqts Azərbaycan milli komandasından göndərilib. Hal-hazırda işsizdir.

  1. Ефим Шаинский. "С Уэльсом нас!" (rus). "Спорт-Экспресс". 2003-10-14. 2012-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2011-11-20.
  2. 1 2 Berti Vogts // Transfermarkt (çd.). 2000.
  3. 1 2 Hans-Hubert (»Berti«) Vogts // Brockhauz Ensiklopediyası (alm.).

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search